“Report” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid əl Falihi jurnalistlərə bildirib.
"Düşünürəm ki, OPEC-ə üzv olmayan ölkənin təşkilata qoşulması faktı OPEC-in yaxşı işlədiyini göstərir", - deyə nazir qeyd edib.
Qeyd edək ki, mayın 24-25-də Vyanada OPEC və qeyri-OPEC ölkələrinin birgə iştirakı ilə Nazirlər Şurasının 172-ci iclası keçirilir.