Təhsil Nazirliyi orta məktəblərdə kurikulumla təhsil sisteminin ləğv ediləcəyi barədə məlumatlara aydınlıq gətirib.
Nazirliyin QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov məsələ ilə bağlı Metbuat.az -a açıqlama verib:
“Təhsil proqramlarının inkişafı şöbəsinin müdiri Emin Əmrullayev artıq bu haqda açıqlama verib. Kurikulumun ləğv edilməsi deyə anlayış özü savadsızlıqdır, yanlış ifadədir. Yöndəmsiz anlayışdır. Kurikulum necə ləğv edilə bilər? Kurikulum məzmun deməkdir. Yəni, hər bir işin kurikulumu var. Mətbuatın da, bizim gördüyümüz hər bir işin kurikulumu var. Kurikulumun ləğvindən söhbət gedə bilməz, bu absurd məsələdir. Təhsilin məzmununu ləğv edə bilərsiniz? Bu mümkünsüz bir şeydir”.
Aytən Novruzova / Metbuat.az