"Tədris müddətinin uzadılması ilə bağlı gəzən söz-söhbətin heç bir əsası yoxdur".

Metbuat.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov Metbuat.az-a açıqlamasında deyib:

“Hazırda Azərbaycanda dərslər sentyabrın 15-də başlayır və iyunun 14-də başa çatır. Heç bir dəyişiklik olmayacaq. Hazırda bu məsələ müzakirə olunmur”.

Aytən Novruzova / Metbuat.az