Damla ruslara pul ödəyib

Bir müddət öncə müğənni Damlanın Rusiyaya girişinə qadağa qoyulması haqda xəbərlər yayılmışdı.

Metbuat.az xəbər verir ki, ifaçı uzun müddət bu haqda açıqlama verməsə də, keçirdiyi mətbuat konfransı zamanı bütün söhbətlərə son qoyub:

"Doğrudur, bu haqda xəbərlər yayıldı. Mən həftədə 3-4 dəfə Rusiyaya gedirəm. Bu qədər tez-tez gedildiyi halda, 90 gün Rusiyaya girə bilməzdim. Bu dəfə gedəndə isə rusların əsəbinə tuş gəldim, ya nə idi bilmirəm, sadəcə başqa məsələdir. Onlar məndən şübhələndi ki, yəqin bunun ölkəmizdə nəsə başqa işi var. Sonra vətənimizin layiqli oğulları məsələni aydınlaşdırdı. Onlara izah etdilər ki, mən müğənniyəm və toylara gedirəm. Sonra da bir miqdar pul ödəməklə, bu problem aradan qaldırıldı".

Rəvan Nasiroğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR