Mayın 26-da “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. 2018-2019-cu ildə Ermənistan Rusiyadan yeni silah partiyası alacaq. İngiltərədə mayın 22-də terror aktı törədildi. ABŞ prezidenti Donald Trampın Yaxın Şərq səfəri İrana qarşı sərt tonda verilən bəyanatlarla yadda qaldı. ABŞ Rusiyanın G7-nin (“Böyük yeddilik”) tərkibinə qayıdışı üçün şərti açıqlayıb. İŞİD terror təşkilatına sədaqət andı içən “Maut” qruplaşmasının ələ keçirdiyi Mindao adasında təhlükəsizlik gücləri ilə şiddətli döyüşlər davam edir. Mayın 25-də Brüsseldə NATO sammiti keçirilib.

Azərbaycan, Dağlıq Qarabağ

Mayın 26-da “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər.

Dağlıq Qarabağ münaqişəsinin həllindən danışan dövlət başçısı bildirib ki, Azərbaycan öz siyasətini davam etdirəcək. “Danışıqlarda bizim prinsipial mövqeyimiz tam əsaslıdır və biz bu siyasətdən bir millimetr də geri çəkilən deyilik”, - deyə Azərbaycan Prezdenti vurğulayıb.

Bakıya hücum ÇAĞIRIŞI, üç SSENARİ… - HƏFTƏNİN SYASİ XÜLASƏSİ

Prezident: "Qarabağ danışıqlarında prinsipial mövqeyimizdən bir millimetr də geri çəkilən deyilik" - FOTO