Bu gün səhər saatlarında İmişli rayonunda "Mercedes" və ərzaq yük maşını toqquşub.
Milli.Az-ın APA-ya istinadən yerli bürosunun məlumatına görə, hadisə səhər saat 11.00 radələrində rayonun Qaralar kəndində baş verib.
Qəza nəticəsində İmişli rayon sakinləri, 1999-cu il təvəllüdlü Cəfərov Alim İsa oğlu kəllə-beyin travması, 1978-ci il təvəllüdlü Əhmədov Sədi Havar oğlu və 1988-ci il təvəllüdlü Quliyev Elton Tahir oğlu isə sınıq xəsarətləri alıb. Onlar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az