35 yaşlı türkiyəli Niyazi Kıratlı sosial medianı burnu ilə izləyir.

Metbuat.az xəbər verir ki, sosial mediadan aktiv şəkildə istifadə edən fiziki məhdudiyyətli gənc statuslar paylaşaraq, gələn şərhlərə burnu ilə cavab yazır. 9 aylıq ikən iflic olan Niyazi Kıratlı çox sevdiyi reklam işlərilə məşğul olmaq üçün şirkətlərə müraciət edib.

Qeyd edək ki, Niyazi qohumları üçün slaydlar, çarxlar hazırlayır.

Aytən Novruzova / Metbuat.az