x
Loading...
.

Latviyada seçkilər başa çatdı

Latviyada seçkilər başa çatdı
05:53 4 İyun 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

Latviyada yerli hakimiyyət orqanlarına seçkilər başa çatıb.

"Report" "Delfi"yə istinadən xəbər verir ki, artıq seçki məntəqələri bağlanıb.

Latviyalılar seçkilərin gedişində ölkənin 9 böyük şəhərinin 110 diyarından 1614 deputatı seçiblər. Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, ölkədə seçici fəallığı 47,08 faiz təşkil edib - seçicilərin 679 min 708 nəfəri seçkilərdə səs verib. Seçkilərdə fəallıq ötən marafonla müqayisədə yüksək olub.

Seçki kampaniyası dövründə 1,4 milyondan çox seçici qeydə alınıb. Latviyada keçirilən seçkilərdə ölkənin həddü büluğa çatmış vətəndaşları, həmçinin Avropa İttifaqının digər ölkələri iştirak edə bilər.

Qeyd olunur ki, seçkilərin nəticələri iyunun 4-də, səhər məlum olacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/201259.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR