London teraktında yaralananlar arasında azərbaycanlı var? - XİN-dən AÇIQLAMA

London teraktında yaralananlar arasında azərbaycanlı var? - XİN-dən AÇIQLAMA
11:22 4 İyun 2017
69 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Londonda terror aktı zamanı yaralananlar arasında azərbaycanlıların olduğunu aydınlaşdırmaq məqsədilə müvafiq qurumları ilə mütəmadi əlaqə saxlayır.

Milli.Az bildirir ki, bu haqda Trend-ə XİN-nin Mətbuat xidmətindən məlumat verilb.

Məlumatda deyilir: "Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Londondakı terror aktlarının törədildiyi yerdə Azərbaycan vətəndaşlarının olmasını araşdırır və səfirliyinin əməkdaşları vəziyyəti nəzarətdə saxlayır".

Londonda iyunun 4-də silsilə terror aktları təşkil olunub.

London-Bridc körpüsündə avtomobilin insanların üzərinə sürülməsi hadisəsi, "Borough Market"də və "Vauxhall" bölgəsində də bıçaqlı hücum olub.

Baş verən hücumlarda 6 nəfər ölüb, 30 nəfər isə xəstəxanaya yerləşdirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/551036.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR