“British Airways” aviaşirkətinə məxsus sərnişin təyyarəsi İsveçin paytaxtı Stokholmda təcili eniş edib.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, buna təyyarənin mühərrikində nasazlığın yaranması səbəb olub.
Təyyarənin London-Sankt-Peterburq marşrutu üzrə uçduğu bildirilir. İnsidentin digər təfərrüatları barədə hələlik məlumat verilmir.