Bakının Sabunçu rayonunda döyülmə hadisəsi qeydə alınıb.

Publika.az xəbər verir ki, insident paytaxtın 86 saylı uşaq bağçasının həyətində baş verib.

1979-cu il təvəllüdlü Səfərov Vüqar Yusif oğlu tanımadığı bir neçə şəxs tərəfindən döyülüb. Həmin şəxslər, həmçinin onun baş və bədən nahiyələrinə balta ilə xəsarət yetiriblər. Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır. (report)