İyun ayının 3-də Londonda törədilən teraktın qurbanlarından biri də Krissi Arçibalddır.
Milli.Az "Mirror"a istinadla bildirir ki, Kanada əsilli qadın hücum zamanı ölən 7 nəfərin arasındadır. Onun ölümünü ailə üzvləri də təsdiqləyib.
Krissi nişanlı olub. O, nişanlısı ilə ailə qurmaq üçün Avropaya köçməyə qərar vermişdi.
Qeyd edək ki, iyun ayının 3-də Londonda törədilən 3 terror nəticəsində 7 nəfər ölüb, 48 nəfər yaralanıb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində