"Hüseyn Cavidin yaradıcılığında Musiqi dünyası" adlı tədbir keçirildi

"Hüseyn Cavidin yaradıcılığında Musiqi dünyası" adlı tədbir keçirildi
16:27 5 İyun 2017
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Muğam Mərkəzində "Hüseyn Cavidin yaradıcılığında Musiqi dünyası" adlı tədbir keçirilib.

İyunun 2-də Beynəlxalq  Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə layihəsi əsasında " Hüseyn Cavid yaradıcılığında musiqi dünyası" adlı musiqili-ədəbi gecə keçirildi.

İlk olaraq tədbirin aparıcısı, bədii qiraətçi, Əməkdar artist, dosent Azad Şükürov H.Cavid yaradıcılığından və onun poeziyasının Azərbaycan musiqisində və muğamlarımızdakı önəmli yerindən danışdı.

Tədbirdə tamaşaçılara H.Cavidin həyatını əks etdirən videoçarx təqdim olundu.

Gecənin bədii hissəsində ADMİU-nin Muğam sənəti kafedrsının baş müəllimi, Əməkdar artist Nuriyyə Hüseynova ikinci kurs tələbəsi Məftun Səfərli  ilə birlikdə çıxış etdilər. Gecədə ADMİU-nin xalq çalğı alətləri ansamblının üzvləri Emil Mirzəyev (tar), Ceyhun Mirzəyev(kamança), Samirə Əliyeva(kanon), Vüqar Əhmədov(ud), Sübhan Əhmədov(balaban), Soltan Məmmədov(nağara) çıxış etdilər.

Gecədə H.Cavidin şeirləri və sözlərinə yazılmış mahnılar, müxtəlif muğamlar üstündə qəzəlləri ifa olundu.

Tədbir tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.

BMM-in və ADMİU-nun birgə layihələri davam edəcək.

Beynəlxalq Muğam Mərkəzinin yeni möhtəşəm layihəsi- "Muğam axşamları" çərçivəsində iyunun 6-da  "Segah" muğamı səslənəcək.

İyunun 7-də isə  2 caz konserti baş tutacaq: Öndər Focan (Türkiyə) və Elçin Şirinov trio qrupu (Azərbaycan).


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/551449.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR