Bilik Fondu bölgələrdə ideoloji və sosial maarifləndirmə işi aparır

Bilik Fondu bölgələrdə ideoloji və sosial maarifləndirmə işi aparır
16:36 5 İyun 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Ölkədə aparılan ideoloji, sosial və elmi maarifləndirmə işlərinin daha da genişləndirilməsi, müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyasının və Prezident İlham Əliyevin apardığı uğurlu dövlət siyasətinin prioritet istiqamətlərinin mahiyyətinin ölkə əhalisinə intensiv dolğun və məzmunlu şəkildə çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu silsilə maarifləndirici mühazirələrini davam etdirir.

Fonddan Trend-ə verilən məlumata görə, iyunun 5-də Bilik Fondunun “İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı üzrə Gəncə, Beyləqan, Hacıqabul və Şuşa rayon ictimaiyyəti üçün “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında mühazirələr təşkil olunub.

Gəncə şəhəri Azərbaycan Dövlət Aqrar Universitetində M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Gəncə Dövlət Universitetində Milli Məclisin üzvü Pərvin Kərimzadə, Beyləqan Heydər Əliyev Mərkəzində Azərbaycan Texniki Universitetinin kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru Əyyub Kərimov, rayonun 2 nömrəli Şahsevən kənd orta məktəbində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin sektor müdiri Tofiq Abbasov, Hacıqabul Heydər Əliyev Mərkəzində Bakı Dövlət Universitetinin dosenti Sevinc Əliyeva, rayonun 10 nömrəli tam orta məktəbində AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri Sakit Hüseynov, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov sakinlərə dövlət siyasətinin başlıca istiqamətləri haqqında ətraflı məlumat verilib, ölkə başçısının həyata keçirdiyi daxili və xarici siyasətin əsas məqamları, son illərdə ölkə həyata keçirilən islahatlar nəticəsində əldə olunan sosial-iqtisadi tərəqqi, müşahidə olunan abadlıq və quruculuq işlərindən danışılıb. Bildirilib ki, Ümummilli lider Heydər Əliyevin çoxcəhətli fəaliyyəti, dövlət idarəçiliyi sahəsindəki böyük məharəti və zəngin təcrübəsi Azərbaycanda davamlı inkişafın təməlini qoyub və bu gün Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Son illərdə ölkəmiz öz müstəqilliyini daha da möhkəmləndirib, siyasi, iqtisadi və mədəni sahələrdə çox böyük uğurlara imza atıb.

Mühazirələrdə Heydər Əliyev irsinin gənclər tərəfindən öyrənilməsinin zəruriliyindən, ölkə Prezidentinin fərman və sərəncamlarının, Milli Məclisin qəbul etdiyi qanunların mahiyyətindən, yerli sənaye və kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına, tikinti sektorunun canlandırılmasına yönəldilən tədbirlərdən, ölkədə keçirilən beynəlxalq miqyaslı konfranslar və idman yarışlarından, Azərbaycanın beynəlxalq aləmdə daha da tanınması və təbliği ilə bağlı görülən işlərdən ətraflı bəhs olunub.

İnteraktiv formada keçən mühazirələrdə yerli ictimaiyyətin nümayəndələri çıxış edərək onları maraqlandıran aktual məsələlərə toxunub, gələcəkdə Fond tərəfindən təşkil olunacaq tədbirlərin mövzuları ətrafında fikir mübadiləsi aparıb, eyni zamanda, ölkə başçısının siyasi kursunu, görülən işləri yekdilliklə dəstəklədiklərini bildiriblər.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2762952.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR