Abşeronda özünü bıçaqlayan şəxs yaralı vəziyyətdə xəstəxanaya gedib
Paylaş
91 baxış·1 dəq oxu
Bakı. 6 iyun. REPORT.AZ/ Abşeron rayonunun Mehdiabad qəsəbəsində intihara cəhd hadisəsi baş verib. "Report" xəbər verir ki, insident Məmməd Əsədov küçəsində qeydə alınıb. 1981-ci il təvəllüdlü Qurbanov Namiq Firuddin oğlu özünü bıçaqlayaraq öldürmək istəyib. Lakin sonradan özü yaralı vəziyyətdə maşına minərək xəstəxanaya gedib. Fakt araşdırılır.