Dünən yığma komandalar yoldaşlıq görüşlərində qüvvələrini sınayıblar.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən olan Çexiya Belçika ilə üz-üzə gəlib.

Görüş daha güclü futbolçulardan təşkil edilən belçikalıların minimalhesablı qələbəsi ilə nəticələnib.

Mundiala ev sahibliyi edəcək Rusiya Macarıstanın qapısından 3 cavabsız top keçiribsə, Türkiyə yığması Makedoniya ilə qolsuz bərabərə qalıb.

Yoldaşlıq görüşləri
5 iyun

Belçika - Çexiya - 2:1
Qollar: Batşuayi, 25; Fellaini, 52 - Krmençik, 29

Makedoniya - Türkiyə - 0:0

Macarıstan - Rusiya - 0:3
Qollar: Smolov, 20; Eppel, 40 (avtoqol); Poloz, 89

Konqo DR - Botsvana - 2:0
Qollar: Afobe, 48; Nqbakoto, 55

Liberiya - Syerra-Leone - 1:0
Qol: Cekson, 78

Misir - Liberiya - 1:0
Qol: Abdelhakim, 66

Seneqal - Uqanda - 0:0

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində