x
Loading...

Terrorçuların ABŞ-da qurduğu sistem...

ABŞ-ın Florida ştatında baş verən silahlı atışmanın ötən ilin 12 iyununda Orlandoda cinsi azlıqların klubuna edilən silahlı hücumun ildönümünə 1 həftə qalmış törədilməsi suallar doğurur.

Metbuat.az xəbər verir ki, ötən il baş verən hadisə nəticəsində 49 cinsi azlıq ölmüşdü.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Mübariz Əhmədoğlu baş verən hadisələrin əlaqəsindən danışıb:

“Terrorçuların özlərinin fəaliyyət sxemi, planı var. Ona da uyğun hərəkət edirlər. Görünür, fəaliyyətlərini daha da sistemləşdiriblər. Törətdikləri o haylı-küylü terror hadisələrinin ildönümünə yaxın zamanda oxşar hadisələr törədirlər. Bu çox təhlükəli tendensiyadan xəbər verir. ABŞ terrorizmlə mübarizə məsələsində ikili standartlı yanaşmanı aradan qaldırsa, səmimi davransa, yaxşı olar. Terrorizmə qarşı mübarizə qlobal cəhd tələb edir. Terrorçular adətən sakit, başıaşağı, intellektual adamları öz sıralarına cəlb edirlər. Son 4-5 terror hadisəsini törədən adamların tərcümeyi halına baxırsan, onun haqqında məlumatları öyrənirsən, görürsən ki, bunlar qonşuları, dostları tərəfindən ədəbli-ərkanlı adam kimi qiymətləndirilir. Amma nə yollasa terrorçular onları öz sıralarına cəlb edə bilir”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR