Ərdoğan Qətərə görə hərəkətə keçdi: Türkiyə Körfəzə MÜDAXİLƏYƏ HAZIRLAŞIR

Ərdoğan Qətərə görə hərəkətə keçdi: Türkiyə Körfəzə MÜDAXİLƏYƏ HAZIRLAŞIR
15:33 6 İyun 2017
61 Digər
Ölkə mətbuatı
A- A+

Qətərlə bağlı böhran Körfəz ölkələrini qarışdırdı. Hazırda 8 ərəb ölkəsi terroru dəstəkləmək və İranla münasibətlərə görə Qətərlə bütün əlaqələsini kəsib. Böhran getdikcə daha da şiddətlənir. Bu məsələdə Türkiyə və Rusiyanın nə edəcəyi maraqla gözlənilir. Çünki Qətər Türkiyə ilə yaxın əlaqələrə sahibdir, bununla yanaşı, böhranın səbəbi kimi göstərilən İran Rusiya ilə müttəfiq kimi çıxış edir.

Azərbaycan Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri Publika.az-a açıqlamasında Türkiyə və Rusiyanın ata biləcəyi addımlar haqda danışıb.



Politoloq hesab edir ki, Türkiyə Körfəz ölkələri arasında seçim etməyəcək: “Yəni Türkiyə hansısa ölkəni seçmək məcburiyyətində deyil. Ankaranın yürütdüyü siyasət də tamamilə bunun əksinədir. Hesab edirəm ki, Türkiyə Körfəz ölkələri arasındakı münasibətlərə ciddi müdaxilə edəcək və tərəfləri danışıqlar masasına əyləşdirəcək. Rusiya da tərəflərin danışıqlar masasına gəlməsi üçün öz imkanlarından istifadə edəcək. Lakin bu məsələdə Türkiyənin təsir imkanları daha çoxdur. Qətəri təcrid edən Səudiyyə Ərəbistan və onun ətrafında birləşən ölkələr yalnız Türkiyə və ABŞ rəhbərliyini eşidə bilər”.

N.Miri artıq Türkiyənin diplomatik vasitələri işə saldığını, Ərdoğanın hərəkətə keçdiyini qeyd edib.

“Ərdoğan dünəndən bəri dörd ölkənin rəhbəri ilə telefon danışıqları aparıb. Burada əsas problem Qətərin hansı güzəştlərə gedəcəyi ilə bağlıdır. Hesab edirəm ki, bunun üçün yol xəritəsi hazırlanacaq”, - deyə politoloq vurğulayıb.

Onun sözlərinə görə, Qətər İrana görə özünü qurban verməyəcək.

Regionda formalaşan anti-İran koalisiyasına Türkiyənin qoşulması məsələsinə gəlincə, N.Miri qeyd edib ki, Türkiyə Səudiyyə Ərəbistanın rəhbərliyi ilə yaradılacaq koalisiyaya qoşulacaq qədər kiçik ölkə deyil.

“Türkiyə geosiyasi gücə malik olan ölkədir. Buna görə də ABŞ-ın təzyiqi ilə olsa belə yenə də anti-İran koalisiyasına qoşulmayacaq. Əslində Türkiyə və İran Yaxın Şərqdəki problemlərin həllinə birgə nail ola bilərlər. Təbii ki, bu, İranın hansı mövqe sərgiləyəcəyindən asılıdır”, - deyə politoloq diqqətə çatdırıb.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/201552.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR