Qənirə Paşayeva ”İraq türkmanlarına və Türk Dünyasına xidmət” ödülü ilə mükafatlandırılıb

İraq Türkmanları millət vəkili Q.Paşayevanı ”İraq türkmanlarına və Türk Dünyasına xidmət” ödülü ilə mükafatlandırıb.

İraq Türkman Yazarlar Birliyi, İraq Yazarlar Birliyi, Türkmən Kültür Bürosu adından mükafatı millət vəkili Q. Paşayevaya İraq Türkman Yazarlar Birliyi başqanı Fevzi Ekrem Terzi və Türkiyə Baş nazirinin sabiq müavini, Ankara millət vəkili Emrullah İşler təqdim edib. İraq Türkman Yazarlar Birliyi başqanı Fevzi Ekrem Terzi və tədbirin aparıcısı Kərkük Kültür Dərnəyinin rəhbəri Şemsettin Küzeci millət vəkili Q.Paşayevanın Türk dünyasının birliyi istiqamətində çalışmalarından və İraq Türkmanlarına daim göstərdiyi dəstəyi xüsusi vurğulayaraq onun Türk dünyasına Xidmət Ödülünə layiq görüldüyünü bildiriblər. Onlar millət vəkili Qənirə Paşayevanın ” İraq türkmanlarına və Türk Dünyasına xidmət” ödülünü Azərbaycanla İraq türkmanları arasında əməkdaşlığın daha da genişləndirilməsinə verdiyi dəstək, İraq türkmanları ilə bağlı həqiqətlərin yayılmasındakı fəaliyyətinə və İraq türkmanlarının hüquqlarını müdafiəsi istiqamətindəki çıxışlarına görə layiq görüldüyünü bildirdi. İraq Türkman Yazarlar Birliyi başqanı Fevzi Ekrem Terzi qardaş Azərbaycanla İraq Türkmanları arasında əlaqələrin, əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyindən də danışıb və bütün Türk dünyasını İraq türkmanlarına dəstəyi daha da artırmağa çağırıb. "İraq Türkmanları bizim canı canımızdan, qanı qanımızdan qardaş-bacılarımız, soydaşlarımızdır”, – deyən və mükafata görə minnətdarlığını bildirən millət vəkili Qənirə Paşayeva İraqda yaşayan soydaşlarımızla Azərbaycan arasında qar­daşlıq bağlarının daha da möhkəmlənməsinin zəruriliyini, ədəbi və elmi əlaqələrin güclənməsi, yeni-yeni mənəvi körpülərin inşa edilməsinin önəmini qeyd etdi. Millət vəkili Qənirə Paşayeva Azərbaycanla İraq türkmanları arasında əməkdaşlığın daha da genişləndirilməsi, İraq türkmanları ilə bağlı həqiqətlərin yayılması və İraq türkmanlarının hüquqlarının müdafiəsi istiqamətində əlindən gələni edəcəyini və bunu özünə bir borc bildiyini deyib, çünki orda yaşayan insanlar da bizim qardaş-bacılarımızdır və bizim hamımızın borcu onlara daha çox dəstək göstərməkdir. Millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə İraqda yaşayan soydaşlarımız, ümumiyyətlə Türk dünyası gəncləri arasında yaxınlaşma, bütünləşmə, birlik və bərabərliyi yolunda əlindən gələni etməyi özünə bir borc bildiyini və bu istiqamətdə bundan sonra da fəaliyyətini davam etdirəcəyini bildirmişdir və bu sahədə maraqlı layihələr həyata keçirməyi planlaşdıran İraq Türkman Yazarlar Birliyi ilə də daha çox ortaq layihələrin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirmişdi. Millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun üzvü Q.Paşayevanın İraq Türkman Yazarlar Birliyi başqanı Fevzi Ekrem Terzi ilə görüşündə İraqdakı soydaşlarımız və onlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində layihələr ətrafında fikir mübadiləsi aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR