Rusiyanın qaz nəhəngi "Qazprom" rəhbərinin köməkçisi Aleksandr Medvedev, Qətər böhranının qlobal təbii qaz bazarına təsir edə biləcəyini bəyan edib.

Metbuat.az xəbər verir ki, Medvedev Qətərlə bəzi Ərəb ölkələri arasında yaranan böhranın təbii qazın qiymətinə təsirindən danışıb:

“Qətər dünyanın ən iri mayeləşdirilmiş təbii qaz ixracatçısıdır. Doğrudur, hazırda nəsə demək üçün çox tezdir. Amma baş verən hadisələrin qaz bazarına təsiri də mümkündür”.

Aytən Novruzova / Metbuat.az