Bu gün İranda baş verən iki terror hadisəsi zamanı ölənlərin sayı açıqlanıb.

Metbuat.az xəbər verir ki, paytaxt Tehranda parlament binasına girən 4 terrorçu 4 nəfəri girov götürüb. Silahlı şəxslərdən biri binada özünü partladıb.

Terrorçuların parlamentə qadın qiyafəsində girdiyi ortaya çıxıb. Binanın ətrafında atışma saatlarla davam edib. Sağ qalan digər 3 terroçu öldürülüb. Girovlar azad edilib.

Tehranın Güneyindəki İmam Xomeyninin məqbərəsində bir qadın “canlı bomba” özünü partladıb, digəri sionid içərək intihar edib.

Terror hadisələri zamanı ən az 12 nəfərin öldüyü deyilir. Yaralıların sayı isə hələ açıqlanmayıb.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Rza Nəcəfi İranda baş verən hadisələrdən danışıb:

“Terrorun hansı qüvvələr tərəfindən törədildiyi hələ ki, dəqiqləşdirilməyib. Müxtəlif versiyalar irəli sürülür. Lakin biz hələ ki, rəsmi Tehrandan cavab gözləyirik. Araşdırmaların nəticəsi tezliklə elan ediləcək”.

Aytən Novruzova / Metbuat.az