Hazırda 9 ölkə tərəfindən diplomatik əlaqələrin son qoyulduğu Qətər ərzaq və su tədarükü üçün Türkiyə və İranla razılığa gəlib.

Metbuat.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prosesin yaxından izlənilməsi üçün nazirlərə göstəriş verib. Beləliklə də, Türkiyə 4 həftəlik qida ehtiyatı qalan Qətərə ərzaq yardımı göstərəcək.

Qeyd edək ki, Qətər ərzağa olan tələbatın 90%-ni idxalla ödəyir. Ölkənin illik ərzaq idxalı 5 milyard dollar civarındadır. Ərzaq ehtiyatının əsas hissəsini isə BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri) və Səudiyyə Ərəbistanı vasitəsilə həyata keçirir.

Aytən Novruzova / Metbuat.az