İranın paytaxtı Tehranda bu gün səhər saatlarında insanlara kimyəvi maddə ilə hücum olub.

Metbuat.az xəbər verir ki, ilkin məlumatlara görə, hadisə nəticəsində 16 nəfər xəsarət alıb. Hadisənin terror olmadığı bildirilib.

Qeyd edək ki, dünən İran parlamenti və İmam Xomeyni məqbərəsində baş verən terror aktları nəticəsində 12 nəfər ölüb.

Aytən Novruzova / Metbuat.az