Türkiyə əsgərləri 2 il öncə əldə edilən razılaşmaya əsasən, Qətərin paytaxtı Dohadakı "Əl-Rayan" hərbi bazasındadır.

Metbuat.az xəbər verir ki, təlimlərdə zirehli texnika ilə yanaşı, 94 əsgər iştirak edir. Əldə edilən razılaşmaya əsasən, türk hərbçilər Qətəri hava və sudan qorumaq öhdəliyi də götürüb.

"Tarık bin Ziyad bölüyü" tərkibində yer alan Türkiyə Silahlı Qüvvələri başlanğıcda təlimlərə 130 əsgərlə qatılıb. Əsgərlərin əsas vəzifəsi Qətər əsgərlərinə təlim kursu keçmək olsa da, yarana biləcək böhranlara müdaxilə hüquqlarının olduğu da vurğulanıb.

Qeyd edək k, Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu 2016-cı ilin aprelində hərbi bazaya baş çəkmişdi. 1 noyabrda isə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu “Əl-Rayan” hərbi bazasında olub.

Aytən Novruzova / Metbuat.az