Bakı. Trend:

Somalinin şimal-qərbində “Əş-Şəbab” terror qruplaşması Af Urur şəhərini ələ keçirib.

Trend-in məlumatına görə, şəhərdə qeydə alınan toqquşmalar nəticəsində Somali ordusunun 61 hərbçisi həlak olub.

Qeyd olunur ki, şəhərdə hərbçilərin sayı az olduğu üçün silahlılar nəzarəti qısa müddətdə ələ keçirə biliblər.