Rusiyalı yazıçı və ictimai xadim Azərbaycan XİN-in arzuolunmaz şəxslər siyahısına salınıb
Paylaş
·74 baxış·1 dəq oxu
Bakı. 9 iyun. REPORT.AZ/ Rusiyalı yazıçı və ictimai xadim Eduard Limonov qanunsuz şəkildə Dağlıq Qarabağın işğal olunmuş ərazilərinə səfər etdiyinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin "qara siyahısı"na daxil edilib. Bu barədə "Report"a XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. "Onun adı arzuolunmaz şəxslər siyahısına daxil edilib, o, adını yenilənmiş siyahıda tapa bilər", - H.Hacıyev vurğulayıb.