ABŞ-ın Əfqanıstanın Hilmend əyalətinə endirdiyi zərbələr nəticəsində 3 əfqan polisi ölüb.

Metbuat.az xəbər verir ki, “Taliban” a qarşı keçirilən əməliyyatda 3 əfqan polisi ölüb, 2-si isə yaralanıb. ABŞ baş verən hadisəyə görə dərin təəssüf hissi keçirdiyini bildirib.

Qeyd edək ki, ABŞ 2015-ci ilin 7 oktyabrından etibarən Talibana qarşı “Sarsılmaz azadlıq” əməliyyatı keçirir.

Aytən Novruzova / Metbuat.az