Bakının Nərimanov metrosu yaxınlığında yerləşən Metropark Ticarət Mərkəzi qarşısına polis və Fövqəladə Hallan Nazirliyinin əməkdaşlarının cəlb olunmasının səbəbi aydınlaşıb.

Metbuat.az-ın məlumatına əsasən, Metropark Ticarət Mərkəzində FHN-nin təhlükəsizlik təlimi keçirilir.

Qeyd edək ki, Metropark Ticarət Mərkəzi qarşısına polis və Fövqəladə Hallan Nazirliyinin əməkdaşları cəlb olunub. Ticarət mərkəzinə giriş-çıxışlar bağlanıb, mərkəzdə çalışanlar bayıra çıxarılıb.