Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən 18 yaşlı Mirismayıl Hüseynovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Milli.Az report-a istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmədə məlum olub ki, qətli törədən M.Hüseynov Bakı Biznes Kooperasiya Kollecinin 1-ci kurs tələbəsi olub.
Məhkəmənin baxış iclası iyunun 20-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2016-cı il dekabrın 14-də Bakının Nəsimi rayonunda "Memar Əcəmi" metrostansiyasının qarşısında baş verib. M.Hüseynovun valideynləri boşanıb. O, atası ilə, bacısı isə İmişli rayonunda anası ilə yaşayırmış.
İlkin məlumata görə, İmişliyə gedən M.Hüseynov bacısının telefonunda onun 21 yaşlı Ələkbər Muxtarovla yazışmasını görüb. O, daha sonra başqa profil açaraq bacısı ilə danışan şəxsə yazmağa başlayıb.
Ə.Muxtarov ona saxta profildən yazıldığını hiss edib və həmin şəxsi bloka atıb. Bundan sonra M.Hüseynov bacısının telefon nömrəsindən birbaşa Ə.Muxtrova yığıb və onunla görüşmək istədiyini deyib. Əsgərlikdən yeni gələn Ə.Muxtrov "Memar Əcəmi" metrostansiyasının qarşısında görüşməyə razılaşıb. Həmin zamanı tərəflər aradında mübahisə düşüb və M.Hüseynov onu bıçaqlayaraq öldürüb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində