"Nitsşenin əsərinin adı "Antixrist"dir. Avropada inkivizisiyadan sonra krallar, daha sonra respublikaçılar birmənalı olaraq dinə qarşı radikal addımlar atdılar, Robespyer kilsələri, ikonalar, keşişlər küçənin ortasında, xalqın gözü önündə yandırıldı".

Bu sözləri tanınmış şair Aqşin Yenisey dinə qarşı, yoxsa cəhalətə qarşımı vuruşduğu haqda Metbuat.az-a danışarkən deyib:

"Din elə cəhalətdir, mövhumatdır, xurafatdır... Deyilsə də, kütlələrə çatmaq üçün özü-özünün mövhumatını, xurafatını yaratmağa məhkumdur. Çünki söhbət insanı ağılın, məntiqin dərk edə bilmədiyi mefafizik nəsnələrə inandırmaqdan və bu yolla barbar duyğuları idarə olunan hala salmaqdan gedir. Dini xurafatdan ayırmaq siyasətçilərlə din xadimlərinin oyunudur və keçmiş SSRİ, indiki Türkiyədə tətbiq olunub. Ərəb ölkələrində, İranda, Əfqanstanda xurafat yoxdur, din var. Yaxud da, Avropa maarifçiləri XVIII-XIX əsrlərdə dini xurafatı tənqid etmirdilər, İsanın və İncilin ziyanlarından danışırdılar"

Şair prosesin İslamda inkişafını da şərh edib:

"İslam dünyasında siyasi elita buna cəsarət etmədi, daha loyal, qıcıq doğurmayan bir yol tutdular. Dövlət idarəçiliyinə əngəl olan dini dünyagörüşünü xurafat, mövhumat adlandıraraq, bir növ, kütlələrin diqqətini hədəfdən yayındırdılar. Əslində, nə Mirzə Fətəli Axundov, nə Mirzə Ələkbər Sabir, nə də Cəlil Məmmədquluzadə dini xurafatı tənqid etməyib, hədəf dinin özü olub".

Aqşin Yenisey dini xurfatlahəmişə vuruşmağa hazır olduğunu bildirib:

"Dinin təməlində mənəvi, ruhani umacaq yoxdur. Kütlələr fiziki ehtiyaclarına görə dinə sığınır, Aclıq, xəstəlik, sel, zəlzələ olmasını istəmirlər. Hətta bizim idmançılar da qızıl medal almaq üçün Allaha inanırlar".

Dilarə Zamanova / Metbuat.az