Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salımsay Kommasit Azərbaycana rəsmi səfər edəcək.

Metbuat.az xəbər verir ki, 18-20 iyun tarixlərində baş tutacaq səfər əsnasında nazir Salımsay Kommasit xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşəcək.

Mətbuat konfransı nəzərdə tutulmayıb.

Aytən Novruzova / Metbuat.az