Bakı. 17 iyun. REPORT.AZ/ Səhiyyə işçilərinin peşə bayramı münasibətlə səhiyyə naziri Oqtay Şirəliyev, Səhiyyə Nazirliyinin kollektivi və tibb ictimaiyyətinin nümayəndələri Fəxri xiyabanda ümummilli liderHeydər Əliyevin məzarını ziyarət ediblər.
“Report”un xəbərinə görə, görkəmli oftolmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub.
Nazirliyin kollektivi və tibb işçiləri daha sonra Şəhidlər xiyabanında dövlət müstəqilliyi və ərazi bütövlüyümüz uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın məzarlarını ziyarət ediblər, “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.
Səhiyyə işçiləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Səhiyyə işçiləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib