İFTARA ÖZƏL: Badımcanlı saxsı kabab

İftara asan hazırlanan və dadlı badımcan kababı istəyirsiniz?

Metbuat.az badımcanlı saxsı kababın hazırlanma qaydasını təqdim edir:

Tərkibi:

3 ədəd badımcan

Maye yağ

1 çay qaşığı marqarin

1 kq xırda doğranmış quzu əti

1ədəd kiçik doğranmış yerkökü

1 diş döyülmüş sarımsaq

1 ədəd dəfnə yarpağı

2 ədəd cəfəri kökü

1 çay qaşığı kəklikotu

1 ədəd pomidor

Reyhan

Hazırlanması:

Maye yağı qızdırıb badımcanları içərisinə atın. Qızartdıqdan sonra ikiyə ayırın. Marqarini əridin. Ətləri qovurun. Yerkökü suyunu çəkdikdən sonra ocaqdan alın.

Qızardılan badımcanların içərisini ovub qarışığı doldurun. Üzərinə kəklikotu səpin. Pomidorları dilimləyib badımcanların üstünü bağlayın.

Öncədən isidilmiş 200 dərəcəlik sobada 15 dəqiqə bişirin.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az

(Qatıqlı kababın hazırlanması - İFTARA ÖZƏL)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)