Somalinin paytaxtı Moqadişuda partlayış baş verib.

Metbuat.az-ın məlumatına görə, hökumət binasının yaxınlığında avtomobilə quraşdırılmış partlayıcı qurğu partladılıb. İnsident nəticəsində ən az 10 nəfərin öldüyü, 20 nəfərin yaralandığı isə bildirilir.

Hadisənin Əl-Qaidəyə bağlı Əş-Şəbab terror təşkilatı tərəfindən törədildiyi ehtimal olunur.