İFTARA ÖZƏL: Ləvəngisinin hazırlanma qaydası

İftara milli mətbəximizin dadlı yeməklərindən ləvəngi hazırlamaq istəyirsiniz?

Metbuat.az Lənkəran ləvəngisinin hazırlanma qaydasını təqdim edir:

Tərkibi:

1 ədəd toyuq

5 ədəd baş soğan

150 qr qoz ləpəsi

50 qr kişmiş

9-10 ədəd təzə zoğal

2 x/q alça turşusu

Duz, istiot

Hazırlanması:

Qozu maşından keçirin. Soğanı ət maşınından keçirin, sıxıb acı suyunu çıxarın. Soğanın üzərinə turşunu, zoğalı, kişmişi, qozu və zövqə görə duz, istiot əlavə edin.

Toyuğu təmizləyib ləvəngini içərisinə doldurun. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada bişirin.

Nuş olsun!

(Sobada lobyalı, kartoflu toyuq resepti - İftara özəl..)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)