Gənc istedadlar xüsusi təqaüdə layiq görüldülər - SİYAHI

Gənc istedadlar xüsusi təqaüdə layiq görüldülər - SİYAHI
17:47 21 İyun 2017
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 nömrəli Fərmanına uyğun olaraq qərara alıram: 

Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:

Abdullayev Toğrul Namiq oğlu - Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

Əlizadə Mirəli Hüseyn oğlu - Bakı şəhər Rəşid Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

İbrahimova Lalə Azər qızı - Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi

Məhəmmədəlizadə Behnam Məhta Səid qızı - Bakı şəhər Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

Məmmədov Atilla Yasin oğlu - Bakı şəhər Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi

Orucov Nihad Vüqar oğlu - Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdi

Sədizadə Cəmil Əliağa oğlu - Bakı şəhər Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

Talıblı Kamran Həsən oğlu - Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi

Yusifzadə Cavid Azər oğlu - Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi"

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/556435.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR