Yeni qurğu stressi aradan qaldıracaq - VİDEO

Yeni qurğu stressi aradan qaldıracaq - VİDEO
07:52 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın "BioSelf Technology" şirkəti "Sensate" adlanan kiçik qurğu yaradıb. Sinəyə bərkidilən qurğu istifadəçi stress keçirən zaman alçaqtezlikli səs dalğaları yaradaraq vibrasiya etməyə başlayır.

Milli.Az ICTnews-a istinadən bildirir ki,  "Sensate" ürək döyüntülərinin azalması, nəfəs, qamət və bədən temperaturu kimi biometrik məlumatları izləmək üçün quraşdırılmış ötürücülərdən istifadə edir. Toplanan məlumatlar simsiz şəbəkə vasitəsilə istifadəçinin smartfonuna göndərilir və orada proqram onları real vaxt rejimində analiz edir.

Bildirilir ki, istifadəçinin stress keçirdiyi müəyyən edilən zaman proqram qurğunu titrəməyə məcbur edərək alçaqtezlikli səs dalğaları yaradır. Vibrasiyalar sümük keçiriciliyi vasitəsilə istifadəçinin  sinəsindən daxil olur və əsəbə səbəb olan stressi azaldaraq onu stimullaşdırır.

Eyni zamanda proqram telefon qulaqcığı vasitəsilə musiqi və ya təbiət səslərini oxudur. Bunun musiqinin beyin fəaliyyətini müəyyən tezliklərə aparmaqla sakitləşdirici effekti gücləndirən səs dalğaları ilə əlaqəli olması bildirilir.

"Sensate" qurğusunun pərakəndə satış qiyməti 254 dollar təşkil edəcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Yeni qurğu stressi aradan qaldıracaq

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR