Azərbaycan Respublikası Prezidenti tərəfindən hər il "Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə" bir qrup dövlət qulluqçusu fəxri adlarla təltif edilirlər. Bu il də ölkə başçısının müvafiq Sərəncamı ilə 3 nəfər 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 46 nəfər "Tərəqqi" medalı, 142 nəfər isə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə mükafatlandırılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı da təltif edilənlər sırasında yer alıb. Belə ki, Ellada Musayeva "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
Eyni zamanda, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmrinə əsasən, 23 iyun – "Dövlət qulluqçularının peşə bayramı günü" münasibəti ilə nazirliyin bəzi əməkdaşları mükafatlandırılıb.
Uzunmüddətli və səmərəli əmək fəaliyyətlərini nəzərə alaraq Məmmədov İlqar, Mirəliyeva Gültən, Kərimova Lalə, Vəliyeva Sevinc, Kərimova Aygün, Müzəffərova Samirə "Fəxri fərman"la təltif ediliblər.