Rusiyaya tərəvəz daşıyan yük maşını qəza törətdi - FOTO/VİDEO

Rusiyaya tərəvəz daşıyan yük maşını qəza törətdi - FOTO/VİDEO
02:08 23 İyun 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəndob-Yalama yolunun Xaçmaz şəhəri ərazisində keçən hisəsində zəncirvari qəza baş verib.
Publika.az xəbər verir ki, hadisə günorta saatlarında qeydə alınıb.
Rusiyaya tərəvəz daşıyan "Volvo" markalı yük avtomobili,"VAZ 21099" və "Toyota Prado" markalı avtomobillərlə toqquşub. Qəza da avtomobillərə ziyan dəysə də, sürücü və sərnişinlərdən xəsarət alan olmayıb.
Maqomed Baqaudinov - Yük avtomobilinin sürücüsü: "Mən öz yolumla hərəkət edirdim. Qoşquda olan "VAZ 21099" qəflətən qarşımıza çıxdı. Bu zaman qoşqu qırıldı və toqquşma baş verdi. Yolun sağ tərəfində dayanan digər avtomobilə də ziyan dəydi".
Hadisə nəticəsində avtomobillərin intensiv hərəkət etdiyi yolda bir müddət tıxac yaranıb. (ARB TV)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/203646.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR