Play Store

Nazirlik: Publik hüquqi şəxs statusu ali təhsilin inkişafı sahəsində hədəflərə çatmaq üçün yeni imkanlar yaradacaq

Nazirlik: Publik hüquqi şəxs statusu ali təhsilin inkişafı sahəsində hədəflərə çatmaq üçün yeni imkanlar yaradacaq
11:57 23 İyun 2017
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 iyun. REPORT.AZ/ “Prezidentin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, ali təhsil müəssisələrinin publik hüquqi şəxs statusuna malik olmaqla yenidən təşkili ölkədə ali təhsilin inkişafı ilə bağlı nəzərdə tutulan hədəflərə çatmaq üçün yeni imkanlar yaradacaq”.
Bu barədə “Report”a Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, bu qərar ali təhsil müəssisələrində idarəetmənin keyfiyyətinin artırılmasında maraqlı tərəflərin - ictimaiyyətin, işəgötürənlərin bu prosesdə iştirakını daha da genişləndirəcək, şəffaf və səmərəli idarəetmə mexanizmləri yaradacaq: “İnkişaf etmiş ölkələrin təcrübəsindən aydın olur ki, təhsildə idarəetmənin ictimailəşməsi prosesi sürətlənməkdədir. Yeni mexanizm ali təhsil müəssisələrində cavabdehliklə yanaşı hesabatlılığın artmasına zəmin yaradacaq. Bütövlükdə ali təhsil müəssisələrində idarəetmə sisteminin dünyanın qabaqcıl ölkələrinin aparıcı universitetlərinə uyğun formalaşdırılması yolu ilə keyfiyyətinin yüksəldilməsi də bu məqsədə xidmət edir”.
Nazirlikdən bildirilib ki, ali təhsil müəssisəsinin publik hüquqi şəxs statusuna malik olması onun müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsinə, göstəriləcək ödənişli təhsil xidmətlərinin çeşidinin genişləndirilməsinə şərait yaradacaq: "Bu da ali təhsil müəssisəsinin maddi-texniki bazasının və infrastrukturunun yeni keyfiyyət əmsalı deməkdir. Ali təhsil müəssisələrinin iqtisadi cəhətdən dayanıqlılığının təmin olunması onların ölkədə və beynəlxalq səviyyədə rəqabət qabiliyyətini yüksəltməklə təhsil–tədqiqat–innovasiya mərkəzlərinə çevrilməsini və tədqiqat universiteti statusunu əldə etməsini stimullaşdırır. Bu da əldə edilmiş innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqinin əsas şərtlərindəndir”.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/nazirlik-publik-huquqi-sexs-statusu-ali-tehsilin-inkisafi-sahesinde-hedeflere-catmaq-ucun-yeni-imka

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR