“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, “Smartduvet Breeze” xüsusi hava yoluna malik astardır, yorğana bərkidilir və çarpayının altında qurulmuş kiçik hava nasosuna birləşdirilir. Bu hava nasosunun köməyi ilə "ağıllı" yorğan səhərlər yatağı yığışdırır. Bundan başqa, xüsusi mobil proqram “Smartduvet Breeze” qurğusunun sahiblərinə çarpayının tən ortasından lazımi temperaturu təyin etməyə imkan verəcək və məsələn, nasos bir tərəfi soyudacaq, digər tərəfi qızdıracaq. Qurğunun yaradıcılarının sözlərinə görə, yuxu daha şirin olmaqla yanaşı, həm də elektrik enerjisinə sərf edilən xərclər azalacaq.
Emil Hüseynov