Monqolustanda bu gün prezident seçkiləri keçiriləcək.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, ölkə vətəndaşları ümumi birbaşa səsvermə yolu ilə respublikanın beşinci başçısını seçəcəklər.
Qeyd edək ki, Monqolustanda prezident seçkiləri 7-ci dəfə keçirilir, seçkilərdə parlamentdə təmsil olunan ən böyük partiyalarından 3 namizəd iştirak edir.

Hazırkı dövlət başçısı Çaxiaqiyn Elbeqdorj 2 prezident müddətindən sonra üçüncü dəfə namizədliyini irəli sürmək ixtiyarı yoxdur.