Səbzi-qovurma plovun hazırlanması

Azərbaycanda plovun 200-dən çox növü var. Onlardan biri də səbzi-qovurma plovdur.

Metbuat.az səbzi-qovurma plovun hazırlanma qaydasını təqdim edir:

Tərkibi:

Qoyun əti  (kürək hissəsi, döş əti) – 200 qr

1 baş soğan

2 xörək qaşığı ərimiş yağ

2 dəstə keşniş və şüyüd

1 dəstə turşəng

1 dəstə göy soğan

4-5 tozcuq zəfəran

1 ç/q abqora və limon şirəsi

1 stəkan düyü 

1 ç/q əridilmiş yağ

1/3 ç.q darçın

Hazırlanması:

Qoyun əti tikələrə doğranır, duz, istiot səpilir və qızardılır. Qızardılmış soğan, doğranmış göyərti – keşniş, şüyüd, turşəng,  göy soğan, zəfəranın ½  hissəsi, abqora və ya limon turşusu, bir az bulyon  əlavə edilir və  hazır olunanadək aşağı temperaturda bişirilir. Ayrıca düyüdən plov hazırlanır və üstündən qalan zəfəran tökülür.

Süfrəyə verərkən düyü qalaqla yığılır (üstündən zəfəranlı düyü qoyulur), yanında hazır səbzi-qovurma verilir, üstündən yağ tökülür və darçın səpilir. 

Nuş olsun!

(Göbələkli Toyuq yeməyi)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)