Rusiyada adı millətçi “BORN” işində hallanan və Kreml
tərəfindən “vurulduğu” üçün Azərbaycanın işğal olunmuş Dağlıq
Qarabağ bölgəsinə köçərək burada ermənilərə dəstək məqsədilə
investisiya yatıran biznesmen German Sterlikov (Rusiya mediası onu
“Rasputin sifətli bespredel” adlandırır - red.) uzun müddətdən
sonra yenidən “güz üzünə” çıxıb.
Publika.az xəbər verir ki, G.Sterlikov Rusiya Dövlət
Dumasına seçilmək üçün seçkilərdə iştirak edəcəyini açıqlayıb.
O, namizədliyini Bryansk bölgəsindən verəcəyini deyib.
“Mən Bryansk bölgəsindən deputatlığa namizədliyimi verməyi
planlaşdırıram və ümid edirəm ki, faydalı olacam. Hesab edirəm ki,
kəndlilərə dəstək lazımdır. Lakin bu gün Dumada heç kim kəndlilərin
problemini qaldırmır. Mən bu işi həyata keçirmək niyyətindəyəm.
Gələn həftə namizədliklə bağlı sənədlərimi verməyi planlaşdırıram”,
- deyə o vurğulayıb.
Lakin Sterlikov seçkidə hansı partiyanın namizədi kimi çıxış
edəcəyini hələlik dəqiqləşdirmədiyini vurğulayıb.
Qeyd edək ki, G.Sterlikov 2015-ci ildə ailəsi ilə birlikdə Dağlıq
Qarabağa köçdü və burada kənd təsərrüfatı üzrə biznes yaratmağa
başladı. O, “Adəmdən Putinə qədər” adlı kitab yazandan sonra
Kremllə ciddi problemlərinin yarandığını açıqlamışdı. Qarabağa
köçməsinin, daha dəqiq desək, “qaçmasının” səbəbi kimi də bunu
göstərirdi. Onun haqqında “BORN” işi ilə bağlı cinayət işi açılsa
da, sonradan bu məsələ heç olmamış kimi qapandı. Uzun müddət
Qarabağda “gizlənən” Sterlikovun əslində Rusiya tərəfindən gizli
missiya ilə Azərbaycanın işğal edilmiş ərazilərinə göndərildiyi
ehtimalları var idi.
Publika.az həmin vaxt Sterlikovun Qarabağa gəlişinə dair bu
ehtimallar üzərində araşdırma aparmışdı.