Müğənni Sərdar Ortaçın uşaqlıq fotosu yayılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, şəkli görənlər "Heç dəyişməmisən" şərhini yazıblar.

Xatırladaq ki, bir müddət əvvəl proqramlardan birində qonaq olan Sərdar uşaqlıqdan işlədiyini və çətinlik çəkdiyini bildirib.

Qeyd edək ki, hazırda 47 yaşı olan ifaçı evlidir. O, 2014-cü ildə irlandiyalı model Xloe Lougnanla ailə həyatı qurub. Bir müddət əvvəl onların boşanacaqları iddia olunsa da, cütlük bunun yalan olduğunu bildirib.

Milli.Az