FHN Yasamalda mənzildə yanmış meyitin tapılması faktı ilə bağlı məlumat yayıb - YENİLƏNİB

15:07 8 Yanvar 2015
83 Digər
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 15:06 ]


 

Bakı. Fuad Cəfərov -APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Yasamal rayonunda yanmış meyitin tapılması faktı ilə bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə,  Yasamal rayonunda sökülmüş evin otağında 1 kv.m sahədə məişət tullantıları yanıb və 1 nəfərin yanmış cəsədi aşkar edilib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

 

***

12.45

 

 

Bakı. Fuad Cəfərov, Hafiz Heydərov–APA. Bakıda yanğın hadisəsi baş verib.


 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, hadisə Yasamal rayonu, Mirzağa Əliyev küçəsi 108 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən mənzillərdən birində baş verən yanğının söndürülməsinə iki yanğınsöndürən maşın cəlb edilib. 

 

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın söndürülüb,  kəşfiyyat zamanı mənzildən yanmış kişi meyiti tapılıb. 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR