Ağdaş rayonunda 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Xəsarət alanlar Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onların vəziyyəti ağır kimi dəyərləndirilir.

"Mercedes" markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində xəsarət alan 4 şəxsin adı məlum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gün saat 10:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaşın Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı Ağdaşın Qulbəndə kənd sakini, 1982-ci il təvəllüdlü Həsənov Tərlan Rafael oğlu, Ləki qəsəbə sakini, 1992-ci il təvəllüdlü İbadov Niyaməddin Əvəz oğlu, Orta Ləki kənd sakini, 1979-cu il təvəllüdlü Mustafayeva Rahilə Cəmil qızı, Yuxarı Ləki kənd sakini, 1940-cı il təvəllüdlü Musayev Cəmil Səməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıblar. Onların vəziyyəti ağırdır.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az