Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinə start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk oyunlar çərçivəsində ümumilikdə 3 gün ərzində 17, bu gün isə 4 qarşılaşma baş tutacaq.

Mərhələ Bakıda baş tutacaq "Qarabağ" - "Samtredia" matçı ilə başlayacaq.

Avstriya "Zalsburq"u səfərdə "Hibernians"la (Malta) qarşılaşacağı halda "Riyeka" (Xorvatiya) TNS-i (Uels) qəbul edəcək.

"Partizan" (Serbiya) - "Buduçnost" (Monteneqro) matçı isə prinsipiallığı ilə xüsusi diqqət çəkir.

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

11 iyul

"Qarabağ" (Azərbaycan) - "Samtredia" (Gürcüstan) - 5:0

Qollar: Əfran İsmayılov, 10 (pen.), Dino Ndlovu, 37, 45+1 (pen.), Geryer, 87, Miçel, 90+2

"Hibernians" (Malta) - "Zalsburq" (Avstriya) - 0:0

22:45. "Riyeka" (Xorvatiya) - TNS (Uels)

22:45. "Partizan" (Serbiya) - "Buduçnost" (Monteneqro)

Milli.Az