Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinə start verilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk oyunlar çərçivəsində ümumilikdə 3 gün ərzində 17, bu gün isə 4 qarşılaşma baş tutub.

Mərhələ Bakıda baş tutan "Qarabağ" - "Samtredia" matçı ilə başlayıb - 5:0.

Avstriya "Zalsburq"u səfərdə "Hibernians"a (Malta) qalib gəlib - 3:0. "Riyeka" (Xorvatiya) isə TNS-i (Uels) əliboş yola salıb - 2:0.

"Partizan" (Serbiya) - "Buduçnost" (Monteneqro) matçı da meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.

Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
11 iyul

"Qarabağ" (Azərbaycan) - "Samtredia" (Gürcüstan) - 5:0
Qollar: Əfran İsmayılov, 10 (pen.), Dino Ndlovu, 37, 45+1 (pen.), Geryer, 87, Miçel, 90+2

"Hibernians" (Malta) - "Zalsburq" (Avstriya) - 0:3
Qollar: Berişa, 32, Huanq Hi Can, 35, Minamino, 54

"Riyeka" (Xorvatiya) - TNS (Uels) - 2:0
Qollar: Misiç, 4, Matey, 69

"Partizan" (Serbiya) - "Buduçnost" (Monteneqro) - 2:0
Qollar: Curceviç, 56, Leonardo, 63

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində