Tarixdə bu gün nələr baş verib?

12 iyul 1953-cü ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi və Bakı şəhər Komitəsinin birgə plenumunda Mircəfər Bağırovun Azərbaycan KP MK-nın 1-ci katibi vəzifəsindən azad olunması barədə qərar qəbul olunub.

1988-ci ilin bu günü Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Sovetinin sessiyasında muxtar vilayətin Azərbaycanın ərazisindən çıxması barədə antikonstitusion qərar qəbul olunub.

12 iyul 1920-ci ildə imzalanmış Rusiya-Litva sülh müqaviləsinə əsasən, Rusiya Litvanın müstəqilliyini tanıyıb.

1967-ci ilin bu günü Nyu-Cersidə Nevark iğtişaşları başlayıb.

12 iyul 1979-cu ildə Kiribati adası Böyük Britaniyadan müstəqillik əldə edib.

Tarixdə bu gün-11 iyul-Oxumaq üçün tıkla

 Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR